AmCham Üzvlərinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ilə İşgüzar Naharı

14 mart 2023-cü il tarixində Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvlərinin Mart Naharı təşkil edilmiş və naharın fəxri qonağı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli olmuşdur.

İşgüzar Nahar “PASHA Property Management” MMC-nin sponsorluğu ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AmCham Azərbaycan-ın icraçı direktoru Gülnarə Aslanbəyli tədbir iştirakçılarını salamlayıb və Palatanın strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələrə, həmçinin qarşıda duran plan və tədbirlərə qısaca toxunub.

AmCham Azərbaycan-ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu rəisi səmimiyyətlə salamlayaraq Palata ilə Dövlət Vergi Xidməti arasında davamlı və məhsuldar əməkdaşlıqda oynadığı mühüm rola görə dərin təşəkkürünü bildirib. O, Palatanın Azərbaycanda həm xarici, həm də yerli biznesin maraqlarını dəstəkləmək və inkişaf etdirmək üçün davamlı səylərini xüsusilə diqqətə çatdırıb. Xanım Nəsrullayeva-Müdüroğlu, həmçinin bu məqsəd uğrunda üzün müddətdir ki, əhəmiyyətli addımlar atıldığını və bu yolda Dövlət Vergi Xidməti ilə məhsuldar dialoqun və əməkdaşlığın vacibliyini də vurğulayıb.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli öz növbəsində nahar iştirakçılarına təşəkkürünü bildirib və yüzlərlə xarici və yerli biznesi birləşdirən DVX ilə AmCham Azərbaycan arasındakı əməkdaşlığın səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi ödəyicilərinə yeni xidmətlərin göstərilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılması üçün sahibkarlar və ictimai təşkilatlarla müxtəlif müzakirələrin aparılmasına xüsusi önəm verir. Orxan Nəzərli vurğulayıb ki, bu cür görüşlər vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi qanunvericiliyinə daha yaxşı əsaslanmasında müstəsna rol oynayır. Cənab Nəzərli onu da qonaqların diqqətinə çatdırıb ki, DVX ölkədə davamlı iqtisadi artımı təmin edəcək əlverişli investisiya mühitinin yaradılması məqsədilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. O, həmçinin qarşıdakı dövrlərdə nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyi və inzibatçılığı sahəsindəki tendensiyalar barəsində də qonaqları məlumatlandırıb.

Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib və biznes nümayəndələrinin təklif və rəyləri nəzərdən keçirilib. Bütün qaldırılmış məsələlər və suallar Orxan Nəzərli tərəfindən cavablandırılıb.

Tədbir üzv şirkətlərin təqdimatları ilə davam edib və ilk təqdimat tədbirin sponsoru Pasha Property Management şirkəti tərəfindən edilib. Şirkətin baş kommersiya direktoru Elçin Qədimov şirkətin əsas məqsəd və dəyərləri, eləcə də cari fəaliyyətləri və gələcək layihələri haqqında ətraflı məlumat verib. Daha sonra Avropa Azərbaycan Məktəbinin fəaliyyət istiqamətləri haqqında məktəbin direktorunun təqdimatı dinlənilib.

AmCham-ın Vergi və Gömrük Komitəsinin sədri Nərmin Aslanova komitənin qarşıda duran planları və fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib. O, həmçinin Palatanın DVX ilə əməkdaşlığa və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Naharda yüksək vəzifəli dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin və üzv şirkətlərin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 140-dan çox qonaq iştirak edib.

Tarix
14 Mart 2023
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor