“Araz” və “OBA” mükafata layiq görülüb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan 2 şirkət Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, 23 fevral tarixində baş tutan tədbirdə “Araz” supermarketlər şəbəkəsi “Gənclərin  (20 yaşadək) məşğulluğunun  təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olunub. 2022-ci il ərzində 3106 nəfər qadın, 1287 nəfər gənc (20 yaşına kimi) və 111 nəfər əlilliyi olan şəxs “Araz” tərəfindən işlə təmin edilib.

Həmin tədbirdə “OBA” marketlər şəbəkəsi  “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı “OBA” tərəfindən işlə təmin olunub. Bundan əlavə, 2315 nəfər qadın və 403 nəfər gənc (20 yaşına kimi) “OBA” marketlər şəbəkəsində məşğulluğa cəlb olunub.

İnklüzivlik və bərabər imkanlar Veysəloğlu Şirkətlər Qrupu üçün prioritet istiqamətlərdəndir. Qeyd edək ki, Şirkətlər Qrupu eyni zamanda Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP – WEPs/Women Empowerment Principles) qoşulmaqla gender bərabərliyi üzrə öhdəliklər götürdüyünü bəyan edib. 

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Tarix
24 Fevral 2023
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.