“Qış möcüzəsi” layihə
Üzv xəbərləri
“Qış möcüzəsi” layihə
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır və təşkilat ehtiyaclılara yardım etmək məqsədilə Yeni ilə ərəfəsində “Qış möcüzəsi” adlı layihəni həyata keçirməyi planlaşdırır. Layihə haqqında ətraflı məlumat aşağıda qeyd edilmişdir:
Davamlılıq müddəti: Hər il, dekabr ayın 20-dən, yanvar ayın 15-dək
Hədəf qrupun yaş həddi: 0-15 yaş
Hədəf qrup: Aztəminatlı ailələr (uşaqlar) və ya valideyn qayğısından məhrum uşaqlar
Minimal əhatə etdiyimiz ehtiyaclıların sayı: 50 nəfər
Əhatə dairəsi: Bakı və regionlar
Minimal tələb olunan büdcə: 6000 AZN (və ya həmin məbləğ ekvivalentində geyim, ərzaq yaxud da oyuncaqlar)
Hazırlıq müddəti: Minimum 20 gün
Layihənin həyata keçirilməsi üçün AzQAC olaraq tərəfdaşların, donor və sponsorların cəlb olunması prosesini başladırıq. Son müraciət tarixi : 10.12.2022.
Əlavə suallarınızla bağlı aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
+994706350036 / nurana.hasanova@redcrescent.org.az
Uyğun xəbərlər

İanə
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır və təşkilat ehtiyaclılara yardım göstərə bilməsi üçün müxtəlif platformalar üzərindən ianə qəbulu həyata keçirilməyə başlamışdır. Bu platformalar aşağıdakılardır:yardim.et saytı (bank kartları vasitəsilə);MilliOn aparatları;eManat aparatları;hesab.az saytı;Əlavə suallarınızla bağlı aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz: +994706350036 / nurana.hasanova@redcrescent.org.az

"Qızıl Ürək" Xeyriyyə Şam Yeməyi 2022
Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq yeni il öncəsi xeyriyyə tədbiri həyata keçirməyi planlayırıq. Tədbir haqqında ilkin məlumatları aşağıda görə bilərsiniz:Tədbirin keçirilmə vaxtı : 16 dekabr 2022-ci il ( Cümə )Tədbirin keçirilmə məkanı : Fairmont HotelTədbirin iştirakçıları : Azərbaycanın ən nəhəng və tanınmış kommersiya şirkətlərinin rəhbərləri, Dövlət qurumları və Nazirliklərin təmsilçiləri, Tanınmış media simaları və Beynəlxalq Humanitar Təşkilatların təmsilçiləriƏlavə suallarınızla bağlı aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz: +994774484802 / nurana.hasanova@redcrescent.org.az