Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində yeniliklər

Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində yeniliklər

21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyası “Transfer qiymətlərinin müəyyən olunması və tətbiqi qaydaları”-da bir sıra dəyişikliklərin aparılması barədə qərar (bundan sonra, “Qərar”) qəbul edib. 

Qərar əsasında tətbiq olunan əsas dəyişikliklər aşağıdakılardır:

1. Məqbul İnterval anlayışı – Nəzarət olunan Əməliyyatlarda tətbiq olunan qiymətlərin qol uzunluğu prinsipinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılan Müqayisəli Təhlil (bençmark) əsasında müəyyən olunan Məqbul İnterval tapılmış bütün müqayisə oluna bilən əməliyyatların müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) “iki kvartilarası” interval kimi müəyyən olunur.

2. Müqayisəli Təhlilin aparılması dövrü – Məqbul İntevalın müəyyən olunması üçün müqayisə oluna bilən məlumatların axtarışı əməliyyatın aparıldığı dövrə və əvvəlki iki il üzrə aparılır. Məqbul İnterval qeyd olunan üç illik orta göstəricilər əsasında qurulur. Məqbul İntervala daxil olan göstəricilər müəyyən olunduqları üç ilin hər biri üçün mövcud olmalıdır.

3. Transfer Qiymətlərinin tətbiqi – Nəzarət olunan Əməliyyatda müəyyən olunan müvafiq göstərici (qiymət, marja və ya xüsusi çəki) Məqbul İntervaldan kanarda olarsa, bu zaman vergilər Məqbul İntervalın Medianı əsasında yenidən hesablanır.

4. Transfer Qiymətlərinin yoxlanılması məqsədləri üçün tələb olunan sənədlər:

  • əməliyyat tərəfləri üzrə maliyyə nəticələri hesabatlar,
  • funksional profillər və əməliyyatın funksional təhlili, 
  • qrupun strukturu, əsas biznes strategiyaları və qrupun ümumi fəaliyyəti və iqtisadi nəticələr ilə bağlı bir sıra sənədlər;
  • nəzarət olunan əməliyyatın detalları, təriflərin funksional təhlili, TQ üsulunun seçilməsi, aparılan müqayisəli təhlil ilə bağlı ətraflı məlumat və digər sənədlər. 

5.Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması:

  • Transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması müraciətlərinə baxılması  müddətləri vergi orqanları tərəfindən eyni müddətə iki dəfə uzadılma hüququ ilə 30 gün kimi müəyyən edildi. 
  • Müraciətlər əməliyyatın başlanmasından əvvəl daxil olmalıdır. 
  • Müraciətlərə əsasən alınmış transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması məktubları üç il müddətinə qüvvədə qalır. 
  • Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktub vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmayan eyni əməliyyatlar münasibətdə tətbiq oluna bilər. 
  • Hazırkı buraxılışda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının qərarı ilə  Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində qəbul olunmuş son dəyişiklikləri təqdim edirik.
  • Yeniliklər İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəsmiləri tərəfindən ilin sonuna qədər biznes nümayəndələri ilə müxtəlif platformalarda təqdim olunmaqdadır. 

 

 

 

 

Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində yeniliklər

Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində yeniliklər21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyası “Transfer qiymətlərinin müəyyən olunması və tətbiqi qaydaları”-da bir sıra dəyişikliklərin aparılması barədə qərar (bundan sonra, “Qərar”) qəbul edib. Qərar əsasında tətbiq olunan əsas dəyişikliklər aşağıdakılardır:1. Məqbul İnterval anlayışı – Nəzarət olunan Əməliyyatlarda tətbiq olunan qiymətlərin qol uzunluğu prinsipinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılan Müqayisəli Təhlil (bençmark) əsasında müəyyən olunan Məqbul İnterval tapılmış bütün müqayisə oluna bilən əməliyyatların müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) “iki kvartilarası” interval kimi müəyyən olunur.2. Müqayisəli Təhlilin aparılması dövrü – Məqbul İntevalın müəyyən olunması üçün müqayisə oluna bilən məlumatların axtarışı əməliyyatın aparıldığı dövrə və əvvəlki iki il üzrə aparılır. Məqbul İnterval qeyd olunan üç illik orta göstəricilər əsasında qurulur. Məqbul İntervala daxil olan göstəricilər müəyyən olunduqları üç ilin hər biri üçün mövcud olmalıdır.3. Transfer Qiymətlərinin tətbiqi – Nəzarət olunan Əməliyyatda müəyyən olunan müvafiq göstərici (qiymət, marja və ya xüsusi çəki) Məqbul İntervaldan kanarda olarsa, bu zaman vergilər Məqbul İntervalın Medianı əsasında yenidən hesablanır.4. Transfer Qiymətlərinin yoxlanılması məqsədləri üçün tələb olunan sənədlər:əməliyyat tərəfləri üzrə maliyyə nəticələri hesabatlar,funksional profillər və əməliyyatın funksional təhlili, qrupun strukturu, əsas biznes strategiyaları və qrupun ümumi fəaliyyəti və iqtisadi nəticələr ilə bağlı bir sıra sənədlər;nəzarət olunan əməliyyatın detalları, təriflərin funksional təhlili, TQ üsulunun seçilməsi, aparılan müqayisəli təhlil ilə bağlı ətraflı məlumat və digər sənədlər. 5.Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması:Transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması müraciətlərinə baxılması  müddətləri vergi orqanları tərəfindən eyni müddətə iki dəfə uzadılma hüququ ilə 30 gün kimi müəyyən edildi. Müraciətlər əməliyyatın başlanmasından əvvəl daxil olmalıdır. Müraciətlərə əsasən alınmış transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması məktubları üç il müddətinə qüvvədə qalır. Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktub vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmayan eyni əməliyyatlar münasibətdə tətbiq oluna bilər. Hazırkı buraxılışda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının qərarı ilə  Transfer Qiymətlərinin müəyyən olunması və tətbiqi sahəsində qəbul olunmuş son dəyişiklikləri təqdim edirik.Yeniliklər İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəsmiləri tərəfindən ilin sonuna qədər biznes nümayəndələri ilə müxtəlif platformalarda təqdim olunmaqdadır.     

Tarix
27 Sentyabr 2022
Uyğun xəbərlər