“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.

“Dubay Ekspo”da Azərbaycan Pavilyonunda “Rəqəmsal İpək Yolu - Sərhədləri Aşan Bağlantı” tədbirində layihənin təqdimatı keçirilib. Tədbirə Transtelecom, Türk Telekom International, Telecom Italia Sparkle, Telekom Malaysia, Gulf Bridge International - Telecom Qatar, OneWeb, Telegraph 42 Management Gmbh, Fastweb, NTT və digər nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri qatılıb.

Həmçinin, Dubayda “Capacity Middle East 2022” tədbirində beynəlxalq tərəfdaşlar layihəyə böyük maraq göstərib. Google, Cienna, Lumen, Neterra, China Telecom Global, China Mobile International, Vodafone Carrier Services, Turkcell Superonline, Vodafone Turkey, Batelco, STC və digər iri beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Layihə üzrə müxtəlif telekommunikasiya operatorları və təchizatçıları ilə əməkdaşlıq modelləri razılaşdırılıb və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.

NEQSOL Holding-in tərkibində olan “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır. NEQSOL Holding beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Tarix
28 Aprel 2022
Uyğun xəbərlər
7 Oktyabr 2021

NEQSOL Holding, LinkedIn Learning və NEQSOL Academy arasında əməkdaşlığı elan edir

NEQSOL Holding öz rəqəmsal təlim və ünsiyyət platforması, NEQSOL Academy, və dünyaca məşhur onlayn təlim kurslarının təminatçısı olan LinkedIn Learning arasında əməkdaşlığı elan edir. Əməkdaşlıq çərçivəsində NEQSOL Holding və tərkibindəki şirkətlərin işçiləri NEQSOL Academy platformasına tam inteqrasiya olunmuş, ekspertlərin video təlim kursları vasitəsilə biznes, texnologiya və kreativ sahələrdə peşəkarlıqlarını inkişaf etdirəcək. Əməkdaşlar, PMI, ISACA, ORACLE, SHRM, Six Sigma və digər qurumlar tərəfindən akkreditə olunmuş, sertifikatlaşdırma imtahanlarına peşəkar hazırlıq təlim kurslarının dəstəyi sayəsində müvafiq kvalifikasiyaları qazanmaq imkanını əldə edəcək. Platformanın geniş və zəngin kitabxanası müxtəlif sahələrdə tanınmış ekspertlərin yaratdığı 16,000-dən çox LinkedIn Learning təlim kurslarını əhatə edir. Əməkdaşlıq, NEQSOL Holding-in öz işçiləri üçün karyera inkişafı imkanlarının gücləndirilməsinə xidmət edir və MDB məkanında LinkedIn Learning-in əhəmiyyətli genişlənməsini əks etdirir. Harvard Business School, MIT Sloan School və digər təhsil müəssisələrinin yüksək səviyyəli təlim kurslarını təqdim edən NEQSOL Academy öz genişhəcmli bazasını LinkedIn Learning kursları sayəsində daha da zənginləşdirəcək. Əməkdaşlıq holdinqin davamçıların hazırlanması və karyera idarəetmə kateqoriyası üzrə bu yaxınlarda qazandığı nailiyyətlərin gücləndirilməsinə xidmət edir. NEQSOL Holding öz “Davamçıların Hazırlanması Proqramı”na görə həmin kateqoriya üzrə Brandon Hall Group və Gold Stevie® Award nüfuzlu beynəlxalq mükafatlarına layiq görülüb.  NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib: “NEQSOL Holding olaraq inanırıq ki, hər hansı şirkətin edə biləcəyi ən əhəmiyyətli sərmayə məhz işçilərə edilən sərmayədir. Davamlı öyrənmə və inkişaf imkanlarını təmin etmək üçün biz yeni yollar axtarırıq və LinkedIn Learning-in MDB məkanında iştirakının genişlənməsində mühüm rol oynadığımız üçün məmnunuq.”NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:“Dəyərli işçilərimiz üçün daha çox peşəkar və karyera inkişafı imkanlarını genişləndirməkdən qürur duyuruq. Dünya rəqəmsal texnologiyalarla heç vaxt indiki kimi əlaqəli olmayıb, və LinkedIn Learning ilə əməkdaşlığın qurulması rəqəmsal dövrdə işçilərimizin peşəkar ehtiyaclarını daha yaxşı qarşılamağa imkan verəcək.”LinkedIn-də Təlim və Bağlılıq Həlləri üzrə Vençur Bazarlarının Rəhbəri Tom Nyuman bildirib: “NEQSOL Holding ilə əməkdaşlığa başlamaqdan, MDB məkanında ən böyük LinkedIn Learning layihələrimizdən birinə və Azərbaycanda ilk layihəmizə töhfə verməkdən çox məmnunuq. İşçilərin inkişafına əlavə səylər göstərən şirkətlər, daha yüksək işçi bağlılığı, daha aşağı işçi axını və daha güclü işəgötürən brendi kimi nəticələrdən faydalanacaq. NEQSOL Holding bunu ən yaxşı şəkildə həyata keçirir və NEQSOL Academy və LinkedIn Learning arasında əməkdaşlıq ilə nümunə göstərəcək.”NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir. 

2 Fevral 2022

NEQSOL Holding-in təşəbbüsü və dəstəyi ilə nüfuzlu Capacity Caucasus & Central Asia 2022 tədbiri keçiriləcək

Bu il Capacity Media öz dünya şöhrətli telekommunikasiya tədbirini NEQSOL Holding-in təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Qafqaz və Mərkəzi Asiya regionunda keçirəcək. 21-22 iyun tarixlərində Bakıda keçiriləcək Capacity Caucasus & Central Asia (Capacity Qafqaz və Mərkəzi Asiya) tədbiri qlobal rəqəmsal transformasiya və inkişaf baxımından regionun əhəmiyyətini vurğulayır.Capacity Media tərəfindən təşkil edilən digər tədbirlərin sırasında telekommunikasiya ekosistemində dünyanın ən böyük illik tədbiri olan və 7000-dən çox nümayəndənin iştirakı ilə ABŞ-da keçirilən International Telecoms Week (ITW) – Beynəlxalq Telekommunikasiya Həftəsini qeyd etmək olar. Bu siyahıya həmçinin Capacity Asia (Makao), Capacity Europe (London) və Capacity Middle East (Dubay) kimi müxtəlif yüksək səviyyəli beynəlxalq tədbirlər daxildir.Capacity Caucasus & Central Asia tədbiri ən böyük qlobal və regional telekommunikasiya şirkətlərinin, tənzimləyici orqanların və hökumətlərin nümayəndələrini regionda və ondan kənarda telekommunikasiya sahəsinin gələcəyini müəyyən edəcək müzakirələr üçün platforma ilə təmin edəcək.Bakıda keçiriləcək tədbirin təşəbbüskarı olan NEQSOL Holding “Digital Silk Way” (Rəqəmsal İpək Yolu) infrastruktur layihəsi vasitəsilə regionun rəqəmsal transformasiyasına təkan verir. Layihə NEQSOL Holding-in tərkibinə daxil olan AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. “Digital Silk Way” layihəsi Avropa və Asiya arasında ən sürətli və qabaqcıl rəqəmsal rabitə marşrutunu təmin edəcək.NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib:“NEQSOL Holding-in təşkilati dəstəyi ilk dəfə olaraq Capacity Caucasus & Central Asia tədbiri keçiriləcək. Şübhəsiz ki, bazar üçün bu əlamətdar hadisədir, çünki tədbir informasiya və kommunikasiya texnologiyaları sahəsinin, ö cümlədən rəqəmsal infrastruktur, proqram təminatı, məlumat mərkəzləri, internet təchizatı, bulud və texnologiya həlləri sahələrinin, əsas qlobal və regional oyunçularını birləşdirir. Qafqaz Avropa və Asiyanı birləşdirir və NEQSOL Holding-in “Digital Silk Way” layihəsi çərçivəsində təqdim etdiyi həllər kimi genişmiqyaslı rəqəmsal imkanlar yaradır. Əminəm ki, Capacity Caucasus & Central Asia kimi dünya səviyyəli tədbirlər böyük potensialı və perspektivləri olan regionun beynəlxalq biznes ictimaiyyətinə daha da açılması üçün yaxşı platforma rolunu oynayacaq”.AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev şərh edib:“Bu sahənin liderləri Avropa və Asiyada qlobal və regional biznes imkanlarını müzakirə edərkən, bu qitələr arasında yeni rəqəmsal marşrutun formalaşdırılması Capacity Caucasus & Central Asia tədbirində ən maraqlı mövzulardan biri olacaq. Bu səbəbdən tədbir həmçinin NEQSOL Holding və telekommunikasiya şirkətləri üçün “Digital Silk Way” layihəsi çərçivəsində səylərini birləşdirmək üçün əla fürsətdir. AzerTelecom bu tədbiri telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif beynəlxalq şirkətlərlə görüşlər keçirmək və əməkdaşlıq modellərini inkişaf etdirmək üçün yaxşı imkan hesab edir.”Capacity Media-nın Baş İcraçı Direktoru Ros İrvinq bildirib:“Biz, NEQSOL Holding-in dəstəyi ilə Qafqaz və Mərkəzi Asiya üçün tamamilə yeni tədbir yaratmaqdan məmnunuq. Regionda inkişaf və sərmayə imkanları beynəlxalq auditoriyamız üçün çox maraqlıdır; bu tədbir gələcək illər üçün davamlı işgüzar əlaqələri inkişaf etdirmək və dəstələmək üçün mükəmməl fürsət olacaq”.Daha ətraflı məlumat əldə etmək və tədbirə qeydiyyat bu keçid vasitəsilə mümkündür.NEQSOL Holding haqqındaNEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində, Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrupun tərkibinə daxil olan bir çox şirkətlər öz sahələrində iyirmi ildən artıq təcrübəyə malik bazar liderləridir. Holdinq strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla tərkibindəki şirkətləri birləşdirir.Capacity Media haqqında2000-ci ildən fəaliyyət göstərən Capacity Media telekommunikasiya, topdansatış internet və xidmət təminatçıları bazarında mühüm xəbər mənbəyi və tədbirlər təşkilatçısıdır. Şirkət sürətlə dəyişən telekommunikasiya bazarında operatorların üzləşdiyi mühüm biznes məsələlərinə fokuslanır. Capacity jurnalı və 24 irimiqyaslı qlobal tədbirlər, o cümlədən Capacity Europe, Beynəlxalq Telekommunikasiya Həftəsi (ITW), Global Carriers Awads mükafatı və netvorkinq görüşləri, rabitə operatorlarının kataloqları və onlayn xəbər mənbəyindən ibarət biznes portfeli sayəsində Capacity Media qlobal rabitə sahəsi üçün mühüm biznes-analitika mənbəyinə çevrilib.