​​“PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən Zəngilanda 11 min ağac əkiləcək.

“PAŞA Holding” və onun törəmə şirkətlərinin dəstəyi, Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə yeni il ərəfəsində Qarbağda sosial layihəyə start verilib.


Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə meşə massivinin bərpa edilməsidir. Bu layihə çərçivəsində Zəngilan şəhərində “PAŞA Qrup” şirkətləri tərəfindən ümumilikdə 11 min ağacın əkilməsi nəzərdə tutulub.

 

“PAŞA Holding”-in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov öz çıxışında hazırkı layihənin önəmini vurğulayıb. “Ötən ildən etibarən şirkətlərimiz öz strategiyalarının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət ayırır. Yeni il ərəfəsində, Zəngilanda ekoloji tarazlığın bərpası, meşə massivinin salınması məqsədilə Qarabağ Dirçəliş Fondu, Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Zəfərdən dirçəlişə” adlı layihədə iştirak etdik. Bu mühüm addım “PAŞA Qrup”a daxil olan şirkətlər və eyni zamanda tərəfdaşlarımız tərəfindən çox müsbət qarşılandı. Bu kimi layihələrin daha da iri miqyasda davam edəcəyinə ümid edir və yaxın zamanda Qarabağın tam dirçəlişinin şahidi olacağımıza inanırıq. Bu məqsədlə, ölkəmizin bütün iri şirkət və şirkətlər qruplarını aktiv olmağa və bu təşəbbüsə qoşulmağa dəvət edirik. Gəlin Qarabağımızı birlikdə dirçəldək”, – deyə Şahin Məmmədov qeyd edib.


Qeyd edək ki, PAŞA Qrup şirkətləri həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə cəbhəyə dəstək yönümlü layihələr icra ediblər.

Tarix
28 Dekabr 2021
Uyğun xəbərlər
16 Noyabr 2022

13 dekabr 2022-ci il tarixində İllik İnnovasiya Sammiti baş tutacaq

13 dekabr 2022-ci il tarixində PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dəstəyi ilə İllik İnnovasiya Sammiti baş tutacaq. Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq.Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs dəvətlidir. Tədbir barədə daha ətraflı məlumat çatdırmaq məqsədilə sammitin vebsəhifəsi də fəaliyyət göstərir. Bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin və region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları və əlaqəli sahələrdə inkişafı üçün ayırılacaq. Qeyd edək ki, sammit PAŞA Holding-in təşkilatçılığı, Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və  Kapital Bank, Bakcell, PAŞA Bank, Visa, Socar, Azərbaycan Supermarketlər şəbəkəsi, PAŞA Technology, PAŞA Sığorta, PAŞA Həyat və PaşaPay şirkətlərinin maliyyə dəstəyi ilə həyata kiçiriləcək.    

20 Noyabr 2023

Discover the world of opportunities at InMerge Innovation Summit!

If you’re prepared to dive into an exciting journey at the heart of innovation, then InMerge Innovation Summit is for you! This summit is more than just an event; it’s an ecosystem where opportunities converge.At InMerge, it’s your chance to explore new ideas, the latest trends, and connect with visionary innovators. The world’s innovative leaders, including renowned speakers like Steve Wozniak, co-founder of Apple; Chris Barton, visionary behind Shazam; and JB Straubel, co-founder of Tesla, are gathering to share their experience and insights, and you don’t want to miss it!InMerge workshops, led by renowned speakers, promise to be enlightening. You’ll gain new skills, fresh perspectives, and bring innovative ideas back to your office. As the event date approaches, we want to remind you that there are only two weeks left until its commencement. Hurry and secure your tickets now to ensure you don't miss out on this extraordinary experience!In addition, we are delighted to offer AmCham members a special 25% promo code: InP2HMerge5 You can visit inmerge.az to learn more about the agenda, speakers, and more.