Azərbaycanda Amerika Ticarət Palatası və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib

10 Mart 2021-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə “Qlobal pandemiya və post-müharibə dövründə iqtisadiyyatın vergi tənzimlənməsi – dayanıqlı iqtisadi artım və münbit investisiya mühiti” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli, DVX-nin digər vəzifəli şəxsləri, AmCham Azərbaycanın rəhbərliyi və təşkilata üzv şirkətlər, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbirdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan AmCham Azərbaycanın prezidenti Nuran Kərimov konfransın təşkili üçün göstərdiyi dəstəyə görə DVX rəhbərliyinə təşəkkürünü bildirib, təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirərək, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib. Vurğulanıb ki, AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlıdır. Qeyd edilib ki, vergi orqanları ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq uzun illərdir ki, vergilər mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan məsələlər üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bu günkü tədbirdə məqsədin ölkənin investisiya mühitinin təkmilləşməsində vergi sisteminin rolu, onun birbaşa xarici investisiyaların cəlb edilməsinə təsiri, bu istiqamətdə mövcud faydalı beynəlxalq təcrübə nümunələri və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən DVX rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd olunub ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, sahibkarlıq subyektləri ilə açıq, fəal dialoq qurmağa çalışır. O.Nəzərli AmCham Azərbaycanla birlikdə keçirilən vergi konfranslarının artıq ənənə halını aldığını qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham Azərbaycan ilə DVX-nin münasibətləri səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslanır. AmChama üzv olan şirkətlər ölkəmizin inkişafında mühüm rola malikdir. Bu şirkətlər ölkəmizin iqtisadiyyatında, onun ayrı-ayrı sahələrində geniş təmsil olunurlar.  Bu il təşkil edilən vergi konfransının mövzusunun da müasir çağırışlara söykəndiyini vurğulayan O.Nəzərli DVX-nin ölkəmizdə dayanıqlı iqtisadi artımı təmin edəcək münbit investisiya mühitinin yaradılmasında və bu məqsədlə vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin qarşıdakı dövrdə vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində əsas tendensiyalar barədə tədbir iştirakçılarına məlumat verib.

AmCham Azərbaycanın Vergi və Gömrük Komitəsinin sədri Ceyhun Məmmədovun moderatorluğu ilə keçən konfrans “İnvestisiya mühitinin təkmilləşməsi ölkənin iqtisadi inkişafının lokomotivi rolunda”, “Vergi idarəetməsində müasir texnologiyadan istifadə”, “Vergi yoxlamalarında yeniliklər – Qanunvericilik İstiqamətləri, Effektivlik və Apelyasiya imkanları” və “Faydalı beynəlxalq praktika nümunələrinin ölkəmizdə tətbiqi” adlı dörd paneldən ibarət olmaqla təşkil edilib. İlk paneldə NEQSOL şirkətinin əməkdaşı Rəşad Abbasov “Vergi sisteminin birbaşa xarici investisiyaların cəlb edilməsinə təsiri” və DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “İnvestisiya mühitinin əlverişliliyi üçün gələcək hədəflər” mövzularında çıxış ediblər. İkinci panel çərçivəsində Deloitte şirkətinin nümayəndəsi Nərmin Aslanova “Qlobal hədəflər və istiqamətlər” və DVX-nin Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin rəisi  vəzifəsini müvəqqəti icra edən Fuad Aslanov “Dövlət Vergi Xidməti orqanlarının rəqəmsal texnologiyaya dair planları” mövzularında təqdimat ediblər. Konfransın üçüncü panelində EY şirkətinin əməkdaşı Arzu Hacıyeva və KPMG şirkətinin təmsilçisi Rizvan Qubiyev müvafiq olaraq “Kameral vergi yoxlamaları” və “Vergi yoxlamalarının praktiki aspektləri” mövzularında çıxış ediblər. Son paneldə isə PwC şirkətinin təmsilçisi Günel Sadiyevanın “Biznesin stimullaşdırılması sahəsində tətbiq edilən faydalı beynəlxalq praktikalar” və DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayevin “Transfer qiymətləndirmə sahəsində  perspektivlər və hədəflər” mövzularında təqdimatları dinlənilib.

Konfransın sonunda biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

Tarix
10 Mart 2021
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor