Meeting with Minister of Economy of the Republic of Azerbaijan, Mr. Mikayil Jabbarov

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Mikayıl Cabbarov tədbirin işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında “AmCham Azərbaycan”ın səmərəli fəaliyyətini qeyd edib. ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-la iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə 257 ABŞ şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur.

Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri “AmCham Azərbaycan”ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən Mikayıl Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.

Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır.

Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tarix
21 May 2020
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor