AmCham Azərbaycan “Ağ Sənəd 2025” nəşrini təqdim etdi

27 yanvar 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) tərəfindən Ağ Sənəd 2025 (White Paper 2025) nəşrinin ictimai təqdimatına həsr olunmuş Yanvar ayı üzrə AmCham Üzvlərinin İşgüzar Nahar Görüşü təşkil edilmişdir. Ağ Sənəd AmCham Azərbaycan tərəfindən iki ildən bir hazırlanaraq Azərbaycan Respublikasının Hökumətinə təqdim olunan və ölkə iqtisadiyyatının inkişafına töhfə verən ənənəvi siyasət sənədidir.

Bu rəsmi nahar görüşündə  AmCham Azərbaycanın İdarə heyəti üzvləri, bir çox dövlət qurumlarının nümayəndələri, AmCham Azərbaycanın komitə rəhbərlikləri, qabaqcıl biznez nümayəndələri olan üzvləri və diplomatik korpusun təmsilçiləri iştirak etmişdir.

İllər ərzində AmCham Ağ Sənəd-lərində əks olunan bir sıra tövsiyələr dövlət proqramlarına daxil edilmiş, digərləri isə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə səbəb olmuş və bununla da Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına müsbət töhfə vermişdir.

Tədbiri AmCham Azərbaycanın İcraçı direktoru xanım Gülnarə Aslanbəyli açıq elan edərək iştirakçıları salamlamış və Ağ Sənəd 2025 nəşrinin hazırlanmasına töhfə vermiş bütün tərəflərə fəal iştiraka görə təşəkkürünü bildirmişdir.

Açılış nitqi ilə çıxış edən AmCham Azərbaycanın Prezidenti cənab Dəyanət Sadullayev Ağ Sənəd-in biznes ictimaiyyəti ilə dövlət qurumları arasında konstruktiv dialoq üçün mühüm platforma olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Ağ Sənəd beynəlxalq ən yaxşı təcrübələrə, o cümlədən AmCham üzvlərinin kollektiv təcrübə və ekspertizasına əsaslanan praktik fəaliyyətə dair yol xəritəsidir.

Cənab Sədullayev sürətlə dəyişən qlobal mühitdə Azərbaycanın regional əməkdaşlığın və iqtisadi inkişafın gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd etmişdir. O, biznes ictimaiyyətini təmsil edən bir Palata olaraq AmCham-ın irəliyə baxan, dəyişikliklərə çevik reaksiya verən və dayanıqlı iqtisadi artımı dəstəkləyən həllərin təşəbbüskarı olmağı öz məsuliyyəti hesab etdiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Ağ Sənəd 2025 icra və təşviqat tədbirlərini, eləcə də bütün maraqlı tərəflərlə davamlı əməkdaşlığı əhatə edən strukturlaşdırılmış fəaliyyət planının başlanğıcıdır.

Prezidentin çıxışından sonra AmCham Azərbaycanın Hüquqi və siyasi məsələlər üzrə məsul şəxsi xanım Şəbnəm Quliyeva, Ağ Sənəd 2025-in ümumi icmalını təqdim etmişdir. O bildirib ki, Ağ Sənəd 2025 nəşri 11 komitə və 1 işçi qrupu tərəfindən təqdim olunan tövsiyələr əsasında hazırlanmış, 12 bölmə və 129 tövsiyəni əhatə edir. Xanım Quliyeva qeyd etmişdir ki, Ağ Sənəd 2025 bank və maliyyə, hüquq və məhkəmə islahatları, dayanıqlı inkişaf, rəqəmsal iqtisadiyyat, insan resursları, eləcə də bir sıra digər strateji sahələri əhatə edir. 

Bu icmal çərçivəsində xanım Quliyeva Ağ Sənəd 2025 nəşrində əks olunan əsas tövsiyələrin bir qismini iştirakçıların diqqətinə çatdırmışdır. Tövsiyələr hüquqi və tənzimləyici çərçivənin gücləndirilməsi, dövlət–özəl sektor qarşılıqlı əlaqələrinin rəqəmsallaşdırılması, rəqabətin və maliyyə bazarlarının inkişafı, eləcə də əmək münasibətləri və risklərin idarə olunması mexanizmlərinin modernləşdirilməsi kimi prioritet istiqamətləri əhatə edir.

O, eyni zamanda qida təhlükəsizliyi və aksiz tənzimləmələri, ESG və dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi, eləcə də rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı tövsiyələrə toxunmuş, Ağ Sənəd 2025 nəşrində xüsusi yer tutan süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal infrastruktur və fərdi məlumatların qorunması mövzularını diqqətə çatdırmışdır.

Daha sonra AmCham Azərbaycanın bir neçə komitə rəhbəri sənəddə yer alan tövsiyələr üzrə ətraflı təqdimatlarla çıxış etmişdir:

  • Günay Cəlilova, Bank, Maliyyə və Sığorta Komitəsinin rəhbəri
  • Lalə Əfəndi, Gündəlik Tələbat Malları (FMCG) Komitəsinin rəhbəri
  • Bahar Kavuzova, Hüquq və Komplayens Komitəsinin rəhbəri
  • Pərviz Tahirov, İnsan Resursları və Əmək Komitəsinin rəhbəri
  • Samir Kərimov, Risklərin İdarə Olunması Komitəsinin rəhbəri

Tədbirin diqqətçəkən məqamlarından biri təltifetmə mərasimi olmuşdur. Bu mərasimdə Ağ Sənəd 2025 nəşrinin hazırlanmasına mühüm töhfə vermiş komitə rəhbərləri, rəhhbər müavinləri və AmCham İdarə heyətinin üzvləri sertifikatlarla təltif edilmişdir.

Ağ Sənəd 2025 nəşri ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

EN:  White Paper.

AZ: White Paper/AZ

Tarix
27 Yanvar 2026
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor