Qanunvericiliyə edilən son dəyişikli ...
Üzv xəbərləri
Qanunvericiliyə edilən son dəyişikliklər Sentyabr-Oktyabr 2025
“e-mühasibat” İnformasiya Sistemi yaradılmışdır
11 sentyabr 2025-ci il tarixində “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Qərar (“Qərar”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.
“e-mühasibat” İnformasiya Sistemi (bundan sonra – “İnformasiya Sistemi”) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
İnformasiya Sistemində beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilmiş rəsmi mətnləri də dərc olunacaq. İnformasiya Sistemi, həmçinin mühasibat uçotunun aparılmasına kömək edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini təmin edəcək.
Bu İnformasiya Sisteminin yaradılmasının əsas məqsədi dövlət idarəetməsini optimallaşdırmaqdır. O, mühasibat uçotu təcrübələrinin təhlilini təkmilləşdirmək, proqnoz və hesabatların hazırlanmasını asanlaşdırmaq və son nəticədə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Bundan əlavə, bu Qərar müxtəlif müddəaları, o cümlədən İnformasiya Sisteminə daxil edilən və ötürülən məlumatlara dair təlimatları, ondan istifadə qaydalarını, iştirakçıların və istifadəçilərin hüquq və vəzifələrini əhatə edir.
Qərar 12 sentyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.
Azərbaycanın gömrük anbarlarında müvəqqəti saxlancla bağlı xidmətlərin qiymətlərinin dövlət tənzimləməsinin ləğvi
18 sentyabr 2025-ci il tarixində “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar (“Dəyişikliklər”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.
Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlər siyahısından çıxarılmışdır.
Dəyişikliklər 19 sentyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.
“Yüksəkixtisaslı miqrant” portalı və inteqrasiya olunacaq informasiya sistemlərinə dair Qərar
30 oktyabr 2025-ci il tarixində “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə”nin və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı”nın təsdiq edilməsi barədə Qərar” (“Qərar”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.
Qərara əsasən, “Yüksəkixtisaslı miqrant” portalı (bundan sonra - “Portal”) yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların müraciətlərinin elektron qaydada qəbulunu asanlaşdırır. Əlavə olaraq, Portal bu müraciətlərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə baxılaraq cavablandırılmasını təmin edir.
Portal Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edir.
Bundan başqa, Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi Portala inteqrasiya olunacaq.
Portalın funksiyaları və ondan istifadə qaydaları, o cümlədən müraciətlərin qəbulu, qeydiyyatı və baxılması, həmçinin iştirakçıların və istifadəçilərin hüquq və vəzifələri və digər əlaqədar məsələlər də bu Qərarla müəyyən edilmişdir.
Qərar 30 oktyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.
Mərkəzi Bank: Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri
22 oktyabr 2025-ci il tarixində “Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri” haqqında Qərar (“Qərar”) Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilmişdir.
Qərara əsasən uçot dərəcəsi 7% olaraq dəyişilməz saxlanılmışdır. Əlavə olaraq, faiz dəhlizinin digər parametrlərinin yuxarı və aşağı hədləri müvafiq olaraq 8% və 6% səviyyəsində dəyişməz saxlanılmışdır.
Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması ilə bağlı Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyatdakı mövcud şərait nəzərə alınmışdır.
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi haqqında Qərar
13 oktyabr 2025-ci il tarixində “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi haqqında” Qərar (“Qərar”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmişdir.
Qərara əsasən, qablaşdırma tutumundan asılı olaraq alkoqollu içkilərin pərakəndə satış qiymətləri ƏDV daxil olmaqla, daxili istehsal üzrə 1,96 -26,33 AZN, idxal üzrə isə 2,43 - 42,85 AZN aralığında müəyyən olunmuşdur.
Qərarın məqsədləri üçün alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) nəzərdə tutulur.
Qərar 24 noyabr 2025-ci il tarixində qüvvəyə minəcək.
Qanunvericiliyə edilən son dəyişikliklər Sentyabr-Oktyabr 2025
“e-mühasibat” İnformasiya Sistemi yaradılmışdır 11 sentyabr 2025-ci il tarixində “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Qərar (“Qərar”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.“e-mühasibat” İnformasiya Sistemi (bundan sonra – “İnformasiya Sistemi”) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur.İnformasiya Sistemində beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilmiş rəsmi mətnləri də dərc olunacaq. İnformasiya Sistemi, həmçinin mühasibat uçotunun aparılmasına kömək edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini təmin edəcək.Bu İnformasiya Sisteminin yaradılmasının əsas məqsədi dövlət idarəetməsini optimallaşdırmaqdır. O, mühasibat uçotu təcrübələrinin təhlilini təkmilləşdirmək, proqnoz və hesabatların hazırlanmasını asanlaşdırmaq və son nəticədə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi daşıyır.Bundan əlavə, bu Qərar müxtəlif müddəaları, o cümlədən İnformasiya Sisteminə daxil edilən və ötürülən məlumatlara dair təlimatları, ondan istifadə qaydalarını, iştirakçıların və istifadəçilərin hüquq və vəzifələrini əhatə edir.Qərar 12 sentyabr 2025-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycanın gömrük anbarlarında müvəqqəti saxlancla bağlı xidmətlərin qiymətlərinin dövlət tənzimləməsinin ləğvi 18 sentyabr 2025-ci il tarixində “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar (“Dəyişikliklər”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlər siyahısından çıxarılmışdır.Dəyişikliklər 19 sentyabr 2025-ci il tarixində qüvvəyə minmişdir. “Yüksəkixtisaslı miqrant” portalı və inteqrasiya olunacaq informasiya sistemlərinə dair Qərar30 oktyabr 2025-ci il tarixində “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə”nin və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı”nın təsdiq edilməsi barədə Qərar” (“Qərar”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.Qərara əsasən, “Yüksəkixtisaslı miqrant” portalı (bundan sonra - “Portal”) yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların müraciətlərinin elektron qaydada qəbulunu asanlaşdırır. Əlavə olaraq, Portal bu müraciətlərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə baxılaraq cavablandırılmasını təmin edir.Portal Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edir. Bundan başqa, Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi Portala inteqrasiya olunacaq.Portalın funksiyaları və ondan istifadə qaydaları, o cümlədən müraciətlərin qəbulu, qeydiyyatı və baxılması, həmçinin iştirakçıların və istifadəçilərin hüquq və vəzifələri və digər əlaqədar məsələlər də bu Qərarla müəyyən edilmişdir.Qərar 30 oktyabr 2025-ci il tarixində qüvvəyə minmişdir. Mərkəzi Bank: Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri 22 oktyabr 2025-ci il tarixində “Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri” haqqında Qərar (“Qərar”) Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilmişdir.Qərara əsasən uçot dərəcəsi 7% olaraq dəyişilməz saxlanılmışdır. Əlavə olaraq, faiz dəhlizinin digər parametrlərinin yuxarı və aşağı hədləri müvafiq olaraq 8% və 6% səviyyəsində dəyişməz saxlanılmışdır.Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması ilə bağlı Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyatdakı mövcud şərait nəzərə alınmışdır. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi haqqında Qərar 13 oktyabr 2025-ci il tarixində “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi haqqında” Qərar (“Qərar”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmişdir.Qərara əsasən, qablaşdırma tutumundan asılı olaraq alkoqollu içkilərin pərakəndə satış qiymətləri ƏDV daxil olmaqla, daxili istehsal üzrə 1,96 -26,33 AZN, idxal üzrə isə 2,43 - 42,85 AZN aralığında müəyyən olunmuşdur.Qərarın məqsədləri üçün alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) nəzərdə tutulur. Qərar 24 noyabr 2025-ci il tarixində qüvvəyə minəcək.
PDF açın
Uyğun xəbərlər
EY Business Brief
In this issue, we would like to bring to your attention a brief overview of the following:Information on new measures to fight against COVID-19 infectionPowered by Froala Editor
EY Business Brief
In this issue, we would like to bring to your attention a brief overview of the following:Update on deadline for submission of tax reportsPowered by Froala Editor
EY Business Brief
n this issue, we would like to bring to your attention a brief overview of the following:Financial support to entrepreneurs affected by the coronavirus (COVID-19) pandemicChanges in the sequence of implementation of compulsory health insurancePowered by Froala Editor