İRİ Komitəsi nəzdində Süni İntellekt İşçi Qrupu
Komitələr
İRİ Komitəsi nəzdində Süni İntellekt İşçi Qrupu
Süni İntellekt İşçi Qrupu Azərbaycanın süni intellekt ekosisteminin inkişafını dəstəkləməyi, biznes ictimaiyyəti daxilində əməkdaşlığı təşviq etməyi və süni intellektin məsuliyyətli tətbiqini irəli aparmağı hədəfləyir.
İşçi Qrupu AmCham üzvlərini, dövlət qurumlarını, akademik dairələri və beynəlxalq tərəfdaşları bir araya gətirən platforma rolunu oynayaraq ölkənin süni intellekt transformasiyasına dəstək göstərəcəkdir.
İşçi Qrupu innovasiyanı mümkün edən, eyni zamanda etimad, şəffaflıq və təhlükəsizliyi təmin edən siyasətlərin təşviqinə çalışacaq, maarifləndirməni artıracaq və ekspert biliklərinin paylaşılmasını təmin edəcəkdir. Əməkdaşlıq, potensialın gücləndirilməsi və qlobal texnologiya liderləri ilə strateji tərəfdaşlıqlar vasitəsilə İşçi Qrupu ölkənin süni intellektə hazırlıq səviyyəsinin yüksəldilməsinə və davamlı, gələcəyə yönəlmiş iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcəkdir.
Komitə rəhbərliyi
Rəhbər
Vuqar Cavadov